Ronaldo yenidən İrana səfər edərsə, 99 şallaq “yeyəcək”…

“Əl-Nəsr”in portuqal superulduzu, hücumçu Kristiano Ronaldo yenidən İrana səfər edərsə, 99 şallaq zərbəsi ilə cəzalandırıla bilər.

Arena.az bu barədə “Index HR” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, belə ağır cəzaya səbəb portuqal superulduzun davranışıdır. Ronaldo sentyabrın 19-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Persepolis”ə qarşı səfər oyunundan (2:0) sonra iranlı sənətçini qucaqlayaraq öpüb. Beləcə Ronaldo İranda ən ciddi qadağalardan biri olan məhrəmlik qanunu pozmuş olub.

Vurğulayaq ki, rəssam xanım Fatimə əlilliyi olan bir şəxsdir, həm də portuqal futbolçunun böyük pərəstişkarıdır. Məhz bu səbəbdən portuqal superulduzla görüş onun üçün çox şey ifadə edirdi. Bununla belə, mollar tərəfindən qiyabi qərara alınıb ki, Kristiano Ronaldo yenidən İrana qayıdarsa, 99 şallaq cəzası ilə cəzalandırılsın. Fətvanın harada, necə və kim tərəfindən icra ediləcəyi haqda məlumat verilməyib.