Ronaldonun xanımı Paris Dəb Həftəsində qeyri-adi libasla çıxış etdi

“Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldonun xanımı Corcina Rodriqes Paris Dəb Həftəsində qeyri-adi libasla çıxış edib.

Arena.az məlumat verir ki, 30 yaşlı model podiuma üslub baxımından “Mançester Yunayted”in formasına bənzəyən, sinəsində 7 rəqəmi, Ronaldo soyadı və portuqal ulduzun imzası ilə işlənmiş qırmızı libasda çıxıb.

Corcina özünün mütənasib bədən ölçüləri və cazibədarlığı ilə tamaşaçıları heyran edib.