Moskva CSKA-nın braziliyalı müdafiəçisi Villian Roşa özünün sosial şəbəkə hesabı üzərindən zədəli ayağının şəklini paylaşıb.
Arena.az məlumat verir ki, Roşaya Rusiya Premyer Liqasının 4-cü turunda “Krasnodar”la səfər oyununda (2:1) rəqibin erməni yarımmüdafiəçisi Eduard Spetsaryan tərəfindən ağır zədə yetirilib.
Oyunun birinci hissəsinin sonunda Spetsaryan vəhşicəsinə oyun nəticəsində butslarının iynələri ilə Roşanın ayağına düşüb. Nəticədə Roşanın ayağını qan aparıb. Oyundan sonra Roşa stadionu əsaların köməyi ilə tərk etməli olub.
Daha əvvəl CSKA-nın mətbuatla əlaqələr üzrə direktoru Kirill Breydo bildirmişdi ki, “qırmızı-göylər” bu məqamla bağlı Rusiya Futbol İttifaqının (RFS) prezidenti yanında Mütəxəssis Hakimlər Komissiyasına (ESK RFS) müraciət edəcəklər.