Rövnəq Abdullayev AFFA-dan gedir – Rəsmi

AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun növbəti Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcək.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Belə ki, bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclasda “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.

Daha sonra ölkə futbolu ilə bağlı bəzi qərarlar qəbul olunub:

  1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
  2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
  • İsmayıl Əliyev
  • Esmiralda Ələkbərova (həkim)
  • Qara Qarayev
  • İqor Ponomaryov
  • Vaqif Sadıqov
  • Maşallah Əhmədov

İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.