Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib

AFFA prezidenti Rövnəq Abdullayev və qurumun baş katibi Sərxan Hacıyev Ağsu şəhər stadionuna baxış keçiriblər.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, tədbirdə AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov da iştirak edib.

Rövnəq Abdullayev və AFFA-nın digər rəsmiləri təmir işlərindən sonra stadionda yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 2011-ci ildə açılışı olmuş Ağsu şəhər stadionu 3 min tamaşaçı tutumuna malikdir.

Təmir işlərindən sonra arenanın oturacaqları dəyişdirilib, tribunaların dam örütüyü yenilənib. İşıqlandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıb. Ərazidə ümumi abadlıq işləri görülüb. Stadionun ot örtüyünün yayda dəyişdirilməsi nəzərdə tutulub.