AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Portuqaliyanın paytaxtı Lissabon şəhərinə yollanıblar. Arena.az xəbər verir ki, səfərdə məqsəd UEFA-nın Növbəti Konqresində iştirak etməkdir.
Belə ki, bu gün UEFA-nın 47-ci Konqresi keçiriləcək. Tədbir Portuqaliyanın paytaxtı Lissabon şəhərindəki “Lisbon Congress Center”də təşkil olunacaq.
Konqresdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev təmsil edəcəklər.
Xatırladaq ki, Konqresdə UEFA-nın prezidenti postuna seçki baş tutacaq. Bu posta yeganə namizəd olan hazırkı prezident Aleksander Çeferinin növbəti dəfə bu vəzifəyə seçilməsi gözlənilir.
Sloveniyadan olan 55 yaşlı funksioner 2016-cı ilin 14 sentyabrından UEFA-ya rəhbərlik edir. O, qitə futbol qurumunun 7-ci prezidentidir.


