Rövşən Nəcəf Aleksander Çeferinlə görüşdü

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub.

Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.

Qeyd edək ki, bu gün Tailandın paytaxtı Banqkokda FİFA-nın 74-cü Konqresi keçirilir. Tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak edirlər.