Rövşən Nəcəf “Neftçi”dən getdi – Rəsmi

Bu gün AFFA-nın prezidenti seçilən Rövşən Nəcəf bu səbəbdən “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun yaydığı açıqlamada bildirilib.

“Neftçi” Rövşən Nəcəfə Azərbaycan futbolunun inkişafı uğrunda görəcəyi işlərdə uğurlar arzulayıb.

Xatırladaq ki, qaydalara əsasən, AFFA rəhbərliyində təmsil olunan şəxs klub sistemində işləyə bilməz.

Rövşən Nəcəf 30 noyabr 2022-ci ildən “Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasına sədrlik edirdi.