“Mançester Yunayted”in və İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Roy Kin keçmiş komandasını və Markus Raşfordu tənqid edib.
Arena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal”a 0:2 hesablı səfər məğlubiyyətindən sonra “qırmızı şeytanlar”ın çıxışı barədə fikirini bildirib:
“Mən məyus oldum, “Mançester Yunayted”dən çox məyusam. Düşünürəm ki, oyunçular öz qablarında deyildirlər. Belə bir “Mançester Yunayted” komandasına qarşı oynamaq “Arsenal” üçün çox asan idi. Birinci hissə pis keçmədi, amma mən daha artığını gözləyirdim”, deyə Kin vurğulayıb.
Roy Kin “qırmızı şeytanlar”ın ingilis hücumçusu Markus Raşfordu da “Arsenal”la səfər oyunundakı çıxışına görə tənqid edib:
“Görün, sizə nə deyirəm, əgər fikir verməmisinizsə… Raşford meydanda idi! Bütövlükdə onun səmərəsi sarsıdıcıdır. Başla zərbəsinə bir baxın, bu, nədir? “Mançester Yunayted” onsuz da bu oyunda heç nəyə layiq deyildi. Onlar dəyərsiz idilər”, deyə Kin vurğulayıb.
Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün 22 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib. Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 424 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.
Markus Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 60 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı ingilis sol cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


