Ruan Renato “Qəbələ” ilə yeni müqavilə bağladı

Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021/2022 mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, Ruan Renato 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyur. O, bu komandanın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.