Ruben Amorim Avroliqanın finalına 30 bilet hədiyyə etdi

Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim səxavətli addımı ilə futbol ictimaiyyətinin diqqətini cəlb edib.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, portuqal mütəxəssis “qırmızı şeytanlar”ın düşərgəsindəki 30 klub əməkdaşına – köməkçilərinə Avropa Liqasının final oyununa bilet hədiyyə edib.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” məşqçilərə və fizioterapevtlərə bildirib ki, onlar final oyununa özləri müstəqil surətdə yollanmalı olacaqlar. Bildirilir ki, bu mənzərədə Amorim klub əməkdaşları və onların ailələrinin final oyununa yox xərcini öz üzərinə götürüb.

Xatırladaq ki, daha əvvəl “Mançeser Yunayted”in, Avropa Liqasının finalına bilet əvəzinə klub əməkdaşlarına ödənişsiz ərzaq talonları paylayacağı haqda məlumat yayılmışdı.

Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: