Ruben Amorim: “Çelsi”yə məğlubiyyət mənə kömək etdi”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının “Çelsi” ilə 37-ci tur səfər oyununu (0:1) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu çıxışımız mənə, Avropa Liqasının finalı üçün 11 nəfəri seçmək baxımından çox kömək etdi…

Biz hər yarışa hazırlaşmalıyıq, beş günümüz var ki, istirahət edib dincələk. Bizim, Avropa Liqasının finalına hazırlıq üçün beş günümüz var: iki gün tam bərpa üçün, ardınca isə daha iki gün hazırlıq üçün. Yekunda mən bütün oyunçuarımı baxışdan keçirdim və düşünürəm ki, onlar qaydasındadırlar”, deyə Ruben Amorim vurğulayıb.

37 oyundan 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Çelsi” isə 66 xalla şərti olaraq 4-cü pillədədir.

Premyer Liqaya çempionluğu erkən surətdə təmin etmiş “Liverpul” 36 oyundan 83 xalla başçılıq edir.

Xatırladaq ki, “Mançester Yunayted” Avropa Liqasının final oyununda “Tottenhem”lə qarşılaşacaq. Final oyunu mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.