“Mançester Yunyted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 26-cı turunun “Everton”la səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, birinci hissədən sonra 0:2 hesabı ilə geridə olan “qırmızı şeytanlar”, ikinci hissədə geri-dönüş edərək “qənnadçılar”dan 2:2 hesablı heç-heçəni qoparıblar.
Ruben Amorim matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Devid Moyes (“Everton”un şotland baş məşqçisi – redaktorun qeydi) öz işinin öhdəsindən məndən daha yaxşı gəlir, bu, həqiqətən aydındır. Bizim klublarımızda təzyiq səviyyəsi fərqlidir. Bir və ya iki oyunda qələbə kimi, xırda xüsuslar əminlik bəxş edir. “Everton”un oyunçularına, xüsusən baş məşqçiyə, layiq olduqları haqqı vermək gərəkdir.
Əgər biz iki oyunda qələbə qazansaq, lap elə, bir oyunda belə, hər şey tədricən dəyişməyə başlayacaq. Qələbə qazandıqda, futbolçuların şübhələrini qovmaq xeyli asandır” – “The Guardian” nəşri portuqal mütəxəssisdən sitat gətirir.
Cari mövsümdə keçirdiyi 26 oyunda 30 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 15-ci pilləsində qərarlaşıb. “Everton” isə 31 xalla 14-cü pillədədir.
Premyer Liqaya 61 xalla “Liverpul” başçılıq edir.



