Ruben Amorim: “Mən həqiqətən xəcalət çəkirəm”

“Mançester Yuanyted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın cari mövsümdəki çıxışından xəcalət çəkdiyini etiraf edib.

Arena.az “Daily Mail” nəşrinə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən rəhbərliklə, hamı ilə, hətta azarkeşlərlə söhbətləşirəm – müntəzəm surətdə. Mənim, bu komandaya, daha da yaxşı olması üçün nəyin gərək olduğu haqda dəqiq anlayşım var və bu, mənə sabitliyi qoruyub-saxlamağa kömək edir: müəyyən məqamlarda çox da aşağı yuvarlanmamağa və çox da yuxarı qalxmamağa.

Başqa söz tapıb işlətmək çətindir. Mən həqiqətən xəcalət çəkirəm ki, biz 25 oyundan cəmi 6-da qələbə qazanmışıq. Bizim, futbol oynamağımızla nəsə qaydasında deyil, bəzən isə məsələ taktika və texnikada deyil.

Bu, sona qədər mübarizə hissidir, bizim, rəqabətə necə yanaşmağımızdır. Uduzmaq – bu, adi hal deyil, heç-heç də. Bizim, yarış cədvəlində öz mövqeyimizi dəyişə biləcəyimiz vacib deyil, – bu duyğu əminliklə bağlı deyil. Bu, bizim, “Mançester Yunayted” olduğumuza inam və anlayışdan qaynaqlanır və biz liqada ən bərbadı olmaq istəmirik”, deyə Ruben Amorim vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunyted” Premyer Liqa tarixində və ümumiyyətlə İngiltərə çempionatları tarixində ən bərbad dövrlərindən birini keçirir. Bundan pis ancaq aşağı dəstəyə yuvarlanması olardı ki, “qırımızı şeytanlar”ın bu məsələdə azacıq bəxti gətirib.

36 oyundan topladığı 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Premyer Liqadakı biabırçılığa rəğmən, “Mançester Yunayted” Avropa Liqasının finalına vəsiqə qazanıb və cari mövsümdə özü kimi bərbad, gözünü sözügüdən yarışı qazanmağa dikmiş “Tottenhem”ə rəqib olub.

Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: