Ruben Amorim “Nottingem Forest”ə məğlubiyyəti şərh etdi

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 30-cu turunun “Nottingem Forest”lə səfər oyununu şərh edib.

Arena.az “Mançester Yunayted”in mətbuat xidmətinə istinadən, portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Erkən qol onlara, özlərinin istədiyi futbolu oynamağa imkan verdi. Biz meydanın son üçdə birinidə tez-tez olurduq, amma bizim ustalığımız əskik idi. Düşünürəm ki, bizim, qol vəziyyətlərimizi gerçəkləşdirməməkdə də bəxtimiz gətirmədi”, deyə Ruben Amorim vurğulayıb.

30 oyundan 37 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Nottingem Forest” isə 57 xalla 3-cü pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xalla “Liverpul” başçılıq edir.