Rudi Qarsiya son qələbəyə və Osimhenə dair açıqlama verdi

“Napoli”nin baş məşqçisi Rudi Qarsiya komandasının A Seriyasının 6-cı turunda “Udineze” üzərində qələbəsini (4:1) şərh edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, fransız mütəxəssis komandasının nigeriyalı ulduz hücumçusu Viktor Osimhenlə yaşanmış qalmaqala da aydınlıq gətirib:

“Yaxşı oynadıq, uşaqlar üçün şadam. Komandanın çoxlu imkanları oldu və onları yaxşı gerçəkləşdirdilər. Xviça çox yaxşı idi və iki qol imkanından sonra qol vurdu. Mənfi məqam odur ki, biz gərəksiz qol buraxdıq.

Osimhenlə bağlı vəziyyət? Onu yaxşı oyuna görə təriflədim. Mən “Napoli”yə baş məşqçi təyin olunandan bəri, Viktorla əla münasibətim var. Xoşbəxtəm, çünki o, “Udineze”yə qol vurdu, mərkəz hücumçusu isə həmişə qol vurmaq istəyir. Son oyunlarda vurulmuş toplarla onun bəxti gətirmirdi, amma o, sakit idi və oyuna köklənmişdi”.

Xatırladaq ki, daha əvvəl Neapol klubunun sosial şəbəkələrində nigeriyalı hücumçu ilə bağlı yumoristik videonun yayılmasına görə, Osimhen və “Napoli” arasında münaqişə yaşandığı məlum olub. Osimhenin təmsilçisi “Napoli”nin mətbuat xidməti tərəfindən ictimailəşdirilmiş, sonradan gecikmə ilə silinmiş videonun “TikTok” şəbəkəsində yayımlanmasının yolverilməz olduğunu bəyan etmişdi. Həmçinin nigeriyalı ulduzun təmsilçisi müvafiq hadisəyə görə simasına xələl gətirilməsini əsas tutuaraq, Osimhenin “Napoli”ni məhkəməyə vermək hüququna malik olduğunu vurğulamışdı. Buna qədər isə Osimhen “Boloniya” ilə oyundan (0:0) sonra paltardəyişmə otağında Rudi Qarsiya ilə taktiki mövsuda mübahisə edərək ağızlaşmışdı. Sonradan Osimhen müvafiq davranışına görə baş məşqçidən və komandadan ictimai şəkildə üzr istəmişdi.

Hazırda, 5 turdan sonra topladığı 11 xalla “Napoli” A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. A Seriyasına 15 xalla İtaliya nəhəngləri “İnter” və “Milan” liderlik edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: