Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 19-cu turu çərçivəsində baş tutan “Köln”ün ikinci komandası ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 5:0.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 29-cu dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 30 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.