Rüfət Dadaşov “Lippştadt”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 20-ci turundan təxirə salınmış “Lippştadt”la matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 9 qol vurmuş 31 yaşlı forvard bu dəfə fərqlənə bilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 35 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: