Rüfət Dadaşov qol vurdu, “Finiks Rayzinq” uduzdu

ABŞ-ın “Finiks Rayzinq” klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi sözügedən komanda ABŞ-ın digər təmsilçisi “Yunion Omaha” ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı oyun “Finiks Rayzinq”in məğlubiyyəti ilə başa çatıb – 1:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, ikinci hissənin ortalarında əvəzlənib.

Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 33-cü dəqiqədə fərqlənməklə oyunda hesabı açıb. Lakin komandası bu üstünlüyü elə ilk hissədəcə əldən verib.

Qeyd edək ki, bu, Dadaşovun yeni mövsümdə ilk qoludur.