Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 9-cu turu çərçivəsində baş tutan Düsseldorf “Fortuna”sının ikinci komandası ilə matçın iştirakçısı olub.

“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası altı qolun qeydə alındığı oyundan qələbə ilə ayrılıb – 4:2.

Rüfət Dadaşov bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu oyunda fərqlənə bilməyib.

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 16 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.