Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 11-ci turu çərçivəsində baş tutan “Vuppertaler”lə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası beş qolun qeydə alındığı oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin forvardı bu oyunda fərqlənə bilməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 19 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.