Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 8-ci turu çərçivəsində baş tutan “Düren”lə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası beş qolun qeydə alındığı bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının üçüncü qolunu da məhz azərbaycanlı hücumçu vurub. O, 88-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 13 xalla 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.