Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 28-ci turu çərçivəsində baş tutan “Vuppertaler”lə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan çətin qələbə ilə ayrılıb – 1:0. Sözügedən kollektiv 6 oyun sonra qələbə sevinci yaşayıb. Geridə qalan 6 oyunda bu kollektiv 3 heç-heçə etmiş, 3 görüşdə isə məğlubiyyətə üzülmüşdü.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da azərbaycanlı hücumçu vurub. 31 yaşlı forvard 37-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


