Rüfət Dadaşov yeni mövsümə qolla başladı

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ştralen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. Hücumçumuz 41-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. O, 38-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.