Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 16-cı turu çərçivəsində baş tutan “Alemanniya” ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası qolsuz bitən matçda 1 xalla kifayətlənib – 0:0.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib. Cari mövsümdə 5 qol vurmuş forvard bu dəfə fərqlənə bilməyib. Onun fasilədə əvəzlənməsinə isə ilk yarıda aldığı zədə səbəb olub. Azərbaycanlı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu dəqiqləşməyib.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 25 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.