Rusiya millisinin yeni baş məşqçisi məlum oldu

Futbol üzrə Rusiya millisinin yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Valeri Karpin çalışdıracaq.

Bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Karpinlə müqavilə 2021-ci ilin sonuna qədər nəzərdə tutulub. Rusiyalı mütəxəssisin yığmadakı işinə görə müqaviləsinin müddəti artırıla bilər.

Rusiya yığmasını son olaraq Stanislav Çerçesov çalışdırıb. O, 2016-cı ildən bu komandaya rəhbərlik edirdi.

Valeri Karpin isə 2009-cu ildən məşqçilik edir. O, daha öncə “Spartak” (Moskva), “Malyorka”, “Torpedo” (Armavir) və “Rostov”da çalışıb.