Rusiya – Paraqvay oyunu təxirə salındı: Terror aktına görə

Martın 25-də Moskvadakı Lev Yaşin adına “Dinamo” stadionunda keçirilməsi planlaşdırılmış Rusiya – Paraqvay yoxlama oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) rəsmi saytı məlumat yayıb.

Açıqlamada bu qərarın ötən gecə Moskvadakı “Krokus Siti Holl”da baş verən terror aktı səbəbindən verildiyi diqqətə çatdırılıb. Kolumbiya və Rusiya futbol federasiyaları oyunun başqa vaxt keçirilə biləcəyi ilə bağlı razılığa gəliblər.

Oyun üçün bilet alan azarkeşlərin pullarını tam şəkildə geri ala biləcəkləri də vurğulanıb.

Xatırladaq ki, Rusiya millisi bu hazırlıq prosesi zamanı martın 21-də Moskvada Serbiya millisinə qalib gəlib (4:0). Hər iki oyuna “Qarabağ”ın qapıçısı Andrey Lunyov da çağırılmışdı. 32 yaşlı qolkiper Serbiya ilə görüşdə iştirak etməmişdi. Amma onun Rusiya – Paraqvay matçında meydana çıxması gözlənilirdi.