Rusiya Premyer Liqası ölkədəki vəziyyətlə bağlı bəyanat yaydı

Rusiya Premyer Liqası (RPL) rəsmi “Teleqram” kanalında iyunun 24-də Rusiyada baş verənlərlə bağlı açıqlama verib.

Arena.az rəsmi məlumatı diqqətinizə çatdırır:

“Rusiya Premyer Liqası bütün klublar, regionların rəhbərləri və federal orqanların nümayəndələri ilə əlaqə saxlayır.

Hazırda liqa rəhbərliyi ölkədəki vəziyyətin inkişafını dəqiqəbədəqiqə izləyir və 2023/2024 mövsümünə hazırlıq üzərində işləməyə davam edir”, deyə RPL-in rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, Rusiyanın bəzi regionlarında məlum vəziyyətlə əlaqədar antiterror əməliyyatı rejimi tətbiq edilib. Bir aydan sonra Moskva və Voronej vilayətində Rusiya çempionatının yüksək divizionunun oyunları keçirilməlidir. Antiterror rejiminə görə Moskvada bütün kütləvi tədbirlər ləğv edilib. Həmçinin, paytaxt Moskvada rəsmi oyunlar keçirilməyəcəyi haqda Moskva Futbol Federasiyası bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: