Rusiya və Bosniya klublarının oyununda kütləvi dava – VİDEO

Rusiyanın “Krılya Sovetov” komandasının Bosniya və Herseqovina “Borats”ı ilə keçirdiyi yoxlama matçında kütləvi dava düşüb.

Arena.az xəbər verir ki, Türkiyənin Antalyada şəhərində təşkil olunmuş görüşün 89-cu dəqiqəsində Samara klubunun futbolçusu rəqibini itəliyib.

Bu hərəkət demək olar ki, bütün oyunçuların iştirak etdiyi insidentə səbəb olub. Məhz bu üzdən hakimlər briqadası oyunu davam etdirməyə də ehtiyac duymayıblar və görüş elə bu dava ilə də bitib.

Qeyd edək ki, görüş “Krılya Sovetov”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.