“Şahdağ Qusar”ın hücumçusu Ruslan Voronsov bundan sonra Birinci Liqanın digər təmsilçisi “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, “Səbail” PFK mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. “Dənizçilər” çempionatın birinci dövrəsini “Şahdağ Qusar”da keçirmiş hücumçu Ruslan Voronsovla anlaşıblar. Tərəflər arasındakı müqavilənin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Voronsov yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Ruslan Voronsov “Şahdağ Qusar”a 2025-ci ilin yayında “Qəbələ”dən keçmişdi. 30 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı oyunlarda 7 qola imza atıb.
Voronsov daha öncə “Qəbələ”, “Karvan”, MOİK, “Mingəçevir”, “Ağsu”, “Şəmkir”, “Simurq”, “Zaqatala”, “Qaradağ Lökbatan”, “Larnaka”, “Cəbrayıl” kimi klubların da formasını geyinib.


