Futbol üzrə Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. “Minay” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə 59-cu dəqiqədə meydana buraxılıb.
“Minay” 25 turdan sonra 18 xalla 14 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Rüstəm bu mövsüm 19 oyunda meydana çıxıbsa, Anatoli 22 matçda forma geyinib və 10 qola imza atıb.


