Rüstəm Orucov Daşkənddə bürünc medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikincu yarış günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Arena.az xəbər verir ki, bu dəfə millimizin 3 üzvü tatami üzərinə çıxıb.

73 kq çəki dərəcəsində yarışan Rüstəm Orucov nüfuzlu yarışın bürünc medalını qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Obidxon Nomonova qalib gəlib.

Digər 2 təmsiçimiz – Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) turniri medalsız başa vurub.

Qeyd edək ki, cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.