Rüstəm Samiqullin üçün Premyer Liqada ilk matç

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün 34-cü turu “Sabah”ın qapıçısı Rüstəm Samiqullin üçün əlamətdar olub. Arena.az xəbər verir ki, onun komandası bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb.

Bu matçda baş məşqçi Murad Musayev qapını məhz gənc qapıçı Rüstəm Samiqullinə tapşırıb. Nəticədə 20 yaşlı qolkiper Azərbaycan Premyer Liqasında ilk oyununu keçirib. Rüstəm debüt matçında qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, Rüstəm Samiqullin Azərbaycanın U-21 yığmasının da üzvüdür.

Xatırladaq ki, “Sumqayıt Arena”da keçirilən bu görüş “Sabah”ın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.