Rza Cəfərov: “Azarkeşlərimizin yoxluğu bizi də məyus edir”

“Neftçi”nin qapıçısı Rza Cəfərov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsind “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Ötən gün “Neftçi Arena”da baş tutan bu oyunda “Qarabağ” 4:0 hesabıyla qalib gəlib.

Qarşılaşmadan sonra Rza Cəfərov Arena.az-ın əməkdaşının suallarını cavablandırıb:

– Matç haqda təəssüratların necədir?
– Açığı, belə hesab gözləmirdim. Yaxşı oyun göstərib, qələbə qazanmaq və yaxud bərabərliklə şansları ikinci oyuna daşımaq istərdik. Təəssüf ki, belə alındı.

– Hesabın belə olması “Qarabağ”ın güclü təzyiqi ilə əlaqədar idi, ya “Neftçi”nin müdafiədəki boşluqları daha çox idi?
– Ola bilər ki, hardasa müəyyən boşluqlar oldu. Onlar da bundan istifadə edib qollar vurdular.

– Belə hesabdan sonra növbəti mərhələyə keçmək şanslarını necə dəyərləndirirsən?
– Bu, futboldur. Açığını deyim, yenə çıxıb vuruşacağıq.

– “Forza Neftçi” azarkeş qrupunun bu gün sizi tək buraxmasını necə şərh edərdin?
– Bu, bizi də məyus edir. Çünki belə oyunda öz stadionumuzda yalnız “Qarabağ” azarkeşlərinin səslərini eşitmək üzücüdür. Bizdə istəyərik ki, “Neftçi” azarkeşləri gəlib bizi dəstəkləsinlər. Tezliklə onların tribunaya dönəcəyini gözləyirəm.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: