“Səbail” Əfran İsmayılov ilə müqaviləni yenilədi

“Səbail” yarımmüdafiəçisi Əfran İsmayılov ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 32 yaşlı yarımmüdafiəçinin 2021/22 mövsümündə də “dənizçilər”in formasını geyinəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ilin sentyabrından “Səbail”in uğurları üçün çalışır. O, daha öncə “Keşlə”, “Sumqayıt”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı” və “Turan Tovuz”da da çıxış edib.