Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, mərhələnin ikinci oyun gününün sonuncu qarşılaşması Bayılda baş tutub.
“Dinamo” və “Səbail” komandalarının görüşündə “dənizçilər” 6 cavabsız qolla qalib gəliblər. Bu qələbə sayəsində Şahin Diniyevin baş məşqçisi olduğu kollektiv 1/8 finala vəsiqə qazanıb. “Səbail” növbəti mərhələdə sabah keçiriləcək “Qaradağ Lökbatan” – “Karvan” cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin əvvəlki oyunlarında “Turan Tovuz” “Hypers Quba”nı 7:2, MOİK “Şimal”ı 3:1, “Araz-Naxçıvan” “Şahdağ Qusar”ı 4:0, “Kəpəz” isə “Ağdaş”ı 6:0 hesabı ilə məğlub edib.
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin qalan oyunları 30-31 oktyabrda keçiriləcək.
Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
29 oktyabr
Dinamo – Səbail 0:6
Qollar: Oruc Məmmədov, 22. Vüsal Məsimov, 25. Gülağa Əsədov, 39; 56. Ayman Buali, 66. Fərid Şahhüseyni, 86.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Fərid Hacıyev.
“Bayıl Arena”, 18:00.
Dinamo: 1. İbrahim Bağırov, 6. Ramal Əhmədov, 11. Şahin Əliyev, 3. Nicat Əskərov, 20. Valeh Seyidov (k), 14. Əlisa İsayev, 10. Ziya Məmmədli, 19. Əlibala Ağayev, 18. Aydın İsxanzadə, 44. Əli Məmmədli, 88. Aqil Hüseynzadə.
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı, 15. Tərlan Veysəlli, 7. Əkbər Səfərzadə, 22. Fərid Quliyev, 99. Kənan Əlizadə, 5. Cavid Məmmədov, 4. Qürbət Əhmədov, 8. Uğur Sayıll, 17. Fizuli Dəmirov, 2. Nihad Mahmudzadə.
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani.
Səbail: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli (k), 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 64. Tofiq Bayramov, 97. Oruc Məmmədov, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 47. Vüsal Alızadə, 71. Bəhram Köçərli, 84. Teymur Məmmədov, 36. Azad Əsgərov, 94. Fərdi Şahhüseyni, 62. Altayturan Bektaşoğlu, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.


