“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi “Turan Tovuz”un yarımmüdafiəçisi Elmir Tağıyevi transfer edib.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, 2022/23 mövsümünün sonunadək “Səbail”in uğurları üçün çalışacaq.
“Səbail” daha öncə Şəhriyar Rəhimov, Məhəmməd Mirzəbəyov, Cabir Əmirli, Cavid Tağıyev, Elşən Abdullayev, Domantas Şimkus və Yurgen Qoxanı da transfer etmişdi.