“Səbail” heyətinə daha bir legioner futbolçu cəlb edib. Arena.az xəbər verir ki, paytaxt klubu ukraynalı müdafiəçi Petro Stasyuku rənglərinə bağlayıb.
Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.
Petro Satsyuk peşəkar karyerasına “Skala”da başlayıb. O, “Balkani”, “Jemçujina”, “Minay” və “Mariopol”da da oynayıb. Ukraynalı futbolçunun sonuncu iş yeri Donetsk “Şaxtyor”u olub. Amma o, bu komandada rəsmi oyuna çıxmayıb.
“Səbail” daha öncə Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de Fransa, Franko Mazurek, Fakundo Kardozo və Maksim Çexi də transfer etmişdi. Paytaxt klubu yerli oyunçulardan da Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli, Emil Balayev və Samir Abdullayevi də heyətinə qatmışdı.
Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə yeni müqavilə imzalanıb. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyovla yollar ayrılıb. Adil Nağıyev isə “Şamaxı”ya icarəyə verilib.