“Səbail” Gürcüstan klubu ilə heç-heçəyə razılaşdı

Növbəti mövsümə hazırlığı Gürcüstanda davam etdirən “Səbail” bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli “Şevardeni” ilə qarşılaşıb.

Gürcüstan təmsilçisi fasiləyə 1:0 hesabıyla üstün yollanıb. Qarşılaşmanın sonlarında “dənizçilər” məğlubiyyətdən qaça biliblər. 78-ci dəqiqədə Rauf Əliyev fərqlənib. Beləcə, “Səbail” ilk sınaq matçından heç-heçə ilə ayrılıb – 1:1.