“Səbail” kubokda 50-ci qolunu vurdu

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”la qarşılaşan “Səbail” bu turnirdə yubiley qoluna imza atıb.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə kubokunda 50-ci qolunu vurub.

Bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib. 2:0 hesabı ilə qalib gələn “dənizçilər”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.

Qeyd edək ki, Azərbaycan Kubokunda debütü 2016/2017 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: