Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinin “Dinamo” ilə oyunu “Səbail” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan Kubokunda yubiley – 25-ci oyununu keçirib.
Şahin Diniyevin baş məşqçisi olduğu komanda səfərdə qarşılaşdığı “Dinamo”nu 6:0 hesabı ilə məğlub edib.
Ölkə kubokunda yubiley – 25-ci görüşdəki qələbə sayca 11-ci olub. 1 heç-heçəsi olan komanda 13 dəfə uduzub.
Xatırladaq ki, “Səbail” kubok tarixində ən azı 25 matç keçirən 28-ci komandadır.


