Azərbaycan Premyer Liqasının 30-cu turunun “Səbail” – “Qarabağ” matçı meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə bitdi.
Arena.az Bayılda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
30-cu tur
11 aprel
“Səbail” – “Qarabağ” 1:4
Qollar: David Qomis, 72 – Abdullah Zubir, 17. Leandro Andrade, 19; 53; 65.
Sarı vərəqə: yoxdur.
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 2 dəqiqə.
Saat 19:00. “Bayıl Arena”, 1200 tamaşaçı.
Baş hakim: Tural Qurbanov.
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov (7. Madi Keta, 67), 83. Nihad Quliyev, 19. Samir Abdullayev (96. İlkin Muradov, 61), 16. Emin Rüstəmov, 10. David Qomis (11. Rüfət Abdullazadə, 80), 3. Dmitri Litvin, 99. İnnosent Nşuti (97. Oruc Məmmədov, 61), 4. Marko Nikoliç (77. Fərid Nəbiyev, 61), 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 67. Rəvan Abasov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali.
Məşqçi: Elvin Məmmədov.
Qarabağ: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə (22. Musa Qurbanlı, 67), 10. Abdullah Zubir (k) (11. Emmanuel Addai, 67), 7. Yassin Benzya (19. Redon Cica, 73), 8. Marko Yankoviç (24. Aleksey İsayev, 67), 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade (21. Aleksey Kaşuk, 73).
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade.
Baş məşqçi: Qurban Qurbanov.