“Səbail” Rauf Əliyev ilə yeni müqavilə bağladı

“Səbail” hücumçusu Rauf Əliyev ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu yeni müqaviləyə əsasən, daha bir il “Səbail”də çıxış edəcək. Raufun müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər artırılıb.

2020-ci ilin yanvarından “Səbail”də çıxış edən Rauf Əliyev ötən mövsümdə 23 oyunda 4 qol vurub.