2023/2024 mövsümünün qalan hissəsinə Türkəyədə hazırlaşan “Səbail” sabah qış təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda Rusiya Premyer Liqası təmsilçisi “Fakel”lə qarşılaşacaq.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Miracle Resort” hotelinin idman mərkəzində keçiriləcək matça yerli vaxta 17:00-da (Bakı vaxtı ilə 18:00) start veriləcək.
Xatırladaq ki, “Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu Rumıniyanın “Universitatya” (Kluj) komandasına qarşı keçirib. Həmin oyunda hesab açılmayıb – 0:0.