“Səbail” Samir Abdullayevi də heyətinə qatdı

Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu gənc yarımmüdafiəçi Samir Abdullayevi heyətinə qatıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. “Şamaxı”dan transfer olunmuş 20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Samir Abdullayev “Şamaxı”nın yetirməsidir. O, geridə qalan mövsümdə bu klubun əsas komandasında forma geyinirdi.

“Səbail” daha öncə Ağabala Ramazanov, Vüsal Qənbərov, Vüqar Həsənli, Emin Zamanov, Rafael Məhərrəmli və Emil Balayevi də heyətinə qatmışdı. Paytaxt klubu Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo Moreno de França, Franko Mazurek və Fakundo Kardozo kimi legionerləri də transfer edib. Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə də yeni müqavilə imzalanıb. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov isə bu klubdan ayrılıb.