“Səbail” klubu 2022/23 mövsümünə hazırlıq planını açıqlayıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda yeni mövsümün hazırlığına iyunun 20-də start verəcək.
Təlim-məşq toplanışının ilk mərhələsi iyunun 20-dən iyulun 19-dək Bakıda olacaq. “Dənizçilər” Bakı toplanışı çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır.
“Səbail” iyulun 20-də Gürcüstana yollanacaq. Tiflisdə baş tutacaq toplanışıın ikinci mərhələsi 10 gün davam edəcək. Azərbaycan təmsilçisi burada daha üç yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, paytaxt klubu qarşıdakı mövsümə yeni baş məşqçi – Mahmud Qurbanovun rəhbərliyi altında hazırlaşacaq.


