Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində ilk 10 turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 6-cı turda bir-birinə rəqib olublar. Görüş heç-heçə ilə yekunlaşıb.
7-ci turda Məmmədyarov qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb və qalib gəlib.
“The FTX Crypto Cup” adı verilən bu mərhələdə 10 turdan sonra Rəcəbov liderdir. Amma onunla yanaşı, ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura da 6.5 xal toplayıb. Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.


