Şəhriyar Məmmədyarov üçün Özbəkistan sınağı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Superturnirdə iştirak edəcək.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

39 yaşlı qrossmeyster ən yüksək reytinqli iştirakçıların çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.

Şəhriyar Məmmədyarov ilə yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yanqyi Yu (Çin), Vidit Santoş Qucrati (Hindistan), Riçard Rapport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar da bu turnirdə yer alacaqlar.

Azərbaycanın digər şahmatçılarından Aydın Süleymanlı və Vüqar Rəsulov da müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaqlar.

Yarışa iyunun 14-də yekun vurulacaq.