Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan bir pilləlik eniş

Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqində bir pillə geriləyiblər.

Arena.az xəbər verir ki, Şəhriyar Məmmədyarov hazırda 2746 xalla 14-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov isə 2692 xalla 40-cıdır. Son ölkə çempionatının qalibi Rauf Məmmədov 2657 xalla 69-cu yerdə qalıb. Siyahıya norveçli Maqnus Karlsen (2837) başçılıq edir.

Qadınlardan Gövhər Beydullayeva (2394) 8 pillə geriləyərək 53-cü sırada yer alıb. Dörd mövqe itirən Günay Məmmədzadə (2390) 57-ci sıraya düşüb. 10 sıra geriləyən Ülviyyə Fətəliyeva isə 2374 xalla 67-cidir. 3 pillə irəliləyən Xanım Balacayeva (2358) 58-ci sıraya yüksəlib. Yenidən ilk 100-lüy-ə qayıdan Gülnar Məmmədova da hazırda 2352 xalla 91-ci sırada qərarlaşıb. Qadınların reytinq cədvəlinə çinli Yifan Hou (2633) başçılıq edir.