Bu gün “Şəmkir”in kollektivi klubun mərhum prezidenti, komandanı dəfələrlə çempionluğa daşımış Şahbaz Süleymanovun məzarını ziyarət edib.
Arena.az bu barədə əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, klubun rəhbərliyi və futbolçuları Şəmkirin eyniadlı təmsilçisinin əbədiyaşar və ölməz prezidentini məzarı başında yad ediblər. Klubun prezidenti Vüsal Məmmədov və idarə heyətinin sədri Elçin Qurbanlı Şahbaz Süleymanovun Şəmkir futboluna və futbolçularına olan qayğısından, komandanın irəliləyişi üçün verdiyi töhfələrdən söhbət açaraq, əvəzsiz xidmətlərini xatırlayıblar.
Ziyarət zamanı mərhumun ruhuna dualar oxunub, onun Şəmkir futbolu üçün göstərdiyi fədakarlığa olan hörmət bir daha nümayiş etdirilib.
Xatırladaq ki, bu gün Şahbaz Süleymanovun adı Şəmkir futbolunun ən böyük irslərindən biri kimi yaddaşlarda yaşayır və göstərdiyi yol futbolsevər üçün nümunə olaraq qalır. Onun əziz xatirəsi və rəhbərliyi altında qazanılmış uğurlar həmişə yaddaşlarda qalacaq.



